Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə 1 may 2022-ci il tarixdə saat 11:00-da həmyerlimiz qrosmeyster Nicat Abasovun (ELO 2665) uşaqlarla şahmat görüşü keçiriləcəkdir.

13 April 2022, 16:23
Bellaria Strasse 8, Wien 1010

Əziz soydaşlar!
Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə 1 may 2022-ci il tarixdə saat 11:00-da həmyerlimiz qrosmeyster Nicat Abasovun (ELO 2665) uşaqlarla şahmat görüşü keçiriləcəkdir.
Uşaqlarda zəka oyunu şahmata həvəsi artırmağa xidmət edən bu tədbirdə N. Abasov şahmat aləminə gəlişindən, erkən yaşda şahmatı yaxşı öyrənməyin yollarından və ilkin mərhələdə nələrin edilməli olduğundan bəhs edəcəkdir. Dünya reytinqində 127-ci, Avropada 78-ci və Azərbaycan şahmatçıları arasında isə 6-cı yerdə qərarlaşan Nicat uşaqlara başlanğıc üçün bir sıra mühüm qayda, debüt və gedişlər nümayiş etdirəcəkdir.
Əsasən 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulan bu tədbir bütün yaş qrupları üçün də maraqlı ola bilər və sizləri aramızda görməkdən məmnun olarıq. Zəhmət olmasa qeydiyyat üçün 25 aprelədək

office@azculture.at

ünvanına təsdiq göndərin və iştirakçı barədə qısa məlumat verin.
Məkan: Azərbaycan Mədəniyyət Mərkəzi, Bellariastr. 8, 1010 Vyana
Vaxt: 1 may 2022-ci il saat 11:00