Dil Kursları
Azərbaycan Mədəniyyət Mərkəzində 2013- cü ilin oktyabr ayından Azərbaycan dili kursları fəaliyyət göstərir. Qruplarda tələbələrin sayı 3 nəfərdən 10 nəfərədəkdir.
Kurs Elanları
09.10.2021- ci il tarixindən etibarən Avstriyada yaşayan soydaşlarımızın övladları üçün Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan Dili” həftəsonu kurslarında dərslər başlayacaq.
Dərslərdə Azərbaycan dilinə yiyələnmək üçün uşaqların yaşına uyğun müxtəlif oyunlardan istifadə olunacaq, birgə cizgi filmləri izlənəcək və uşaqlara kukla teatrı göstəriləcək.
Dr. Yaqut Abdallanın rəhbərliyi altında, Rəşidə Əsgərli və Sahilə Rzazadənin iştirakı ilə keçiriləcək kurslarda uşaqlar öz xalqının tarixini, adət-ənənələrini, ana dilini, mədəniyyətini öyrənmək imkanı əldə edəcək, onlara bir - birindən maraqlı mövzular tədris ediləcəkdir.
Kurslara qəbul hər bir uşağın ana dilində danışma və eləcə də oxu və yazı bacarıqlarını müəyyən etmək üçün qeyri-rəsmi müsahibə əsasında baş tutacaqdır.
Övladınızın Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və coğrafiyasına aid mühüm mövzularla tanış olmasını, ana dilində sərbəst oxu və yazı bacarıqlarına yiyələnməsini istəyirsinizsə, sizi övladınızla birlikdə oktyabrın 2- də saat 12 - də Azərbaycan Mədəniyyət Mərkəzində (Bellariastr.8, 1010 Wıen) təşkil olunacaq informativ xarakterli tədbirə dəvət edirik.
Əlavə məlumat almaq üçün kursun rəhbəri Yaqut xanımla əlaqə saxlaya bilərsiniz.
Yaqut Abdalla
Tel.: 0699 10643734
Mail : jagut66@hotmail.com
Kursların səviyyəsi
Bu isə kursda iştirak edən hər bir şəxsin suallarına cavab vermək imkanı yaradır. Azərbaycan dili kursları müxtəlif səviyyədə dil bilikləri olan tələbələr üçün nəzərdə tutulub. Dil haqqında məlumatı olmayanlardan dili müəyyən qədər bilənlərədək hər bir şəxs bu kursda iştirak edə bilər.
Kursların Rəhbəri
Azərbaycan dili kurslarının rəhbəri filologiya üzrə fəlsəfə elmləri doktoru Yaqut Abdalladır. O, eləcə də 2011- ci və 2018- ci illərdə Vyana Universitetinin Şərqşünaslıq İnstitutunda “ Azərbaycan dilinə giriş” fənnini tədris edib.
Dil kurslarının proqramı
Azərbaycan dili kurslarında Azərbaycan dilinin fonetikası, qrammatikası və leksikasının əsasları tədris olunur. Dərslərdə həmçinin Azərbaycan, ölkədə baş verən hadisələr və milli adət - ənənələr haqqında məlumat verilir. Azərbaycan ədəbiyyatından söz açılır, Azərbaycanın görkəmli şairləri və yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilərək, onların əsərlərindən parçalar təhlil edilir.
Dil kurslarında tədris dilləri Alman və Azərbaycan dilləridir.
Qeydiyyat
Kursun rəhbəri Dr. Yaqut Abdalla ilə əlaqə saxlayaraq (jagut66@hotmail.com) Azərbaycan dili kursuna yazıla bilərsiniz.
2024-cü ilin yay semestri üçün son qeydiyyat tarixi 04.03.2024-cü ildir.
Kurs Haqqı
Bir semestr üçün kurs haqqı 220 Avro təşkil edir.