“Xocalıya ədalət!”

26 fevral 2021, 06:28
Bellaria Strasse 8 , Wien 1010

1987-ci ildə yeddi min əhalisi olan Xocalı şəhərində 1992-ci ilin fevral günlərində üç min dinc sakin var idi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırımına məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırımı şərtlərinə cavab verir.

Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər diqqətə çatdırılıb.