Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət “Abşeron nağılı” adlı sərgi açılıb.İndiyədək rəssamın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini və şəxsi kolleksiyalarda saxlandığını diqqətə çatdıran L.Qasımova 2014-cü ildə rəssamın ilk fərdi sərgisinin də açıldığını söyləyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən 2007-ci ildə BMT-nin İsveçrə bölməsində yaradılan “Azərbaycan otağı”na rəssamın “Qədim şəhər” əsəri təqdim edilib.A.Hüseynzadənin yaradıcılığında əsas hədəf öncədən təyin edilmiş sərhəd və çərçivələrdən kənara çıxmaq, Qərb və Azərbaycan arasında rənglərin köməyi ilə özünəməxsus məkan yaratmaqdır. Rəssamın əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların təsvirlərindən ibarət portretlər və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinin daha da cəzbedici olmasına şərait yaradır.
Rəssam Anar Hüseynzadə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində ilk fərdi sərgisinin açılmasından məmnun olduğunu bildirib və Azərbaycan Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkür edib.
Sonra Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) musiqi proqramı ilə çıxış ediblər.