Novruz müxtəlif etnoslardan insanları və onların mədəniyyətlərini bir araya gətirən bayram kimi hazırda dünya miqyasında qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Builki bayram tədbirinin “od çərşənbəsi”nə təsadüf etdiyini diqqətə çatdıran L.Qasımova Novruzun ilaxır çərşənbələri, onların təmsil etdiyi dörd ünsür, bayramın mifoloji və etnoloji mahiyyəti barədə danışıb.
Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrindən ibarət milli musiqi və rəqs qrupu çıxış edib. Xalq Artisti Gülyanaq Məmmədovanın rəhbərlik etdiyi musiqi qrupu Azərbaycan muğam və təsniflərini, xalq və bəstəkar mahnılarını ifa edib.
Sonda qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılı