VYANADA GÖRKƏMLİ BƏSTƏKAR TOFİQ QULİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLİB

12 yanvar 2016, 19:00
Bellaria Strasse 8 , 1010 Wien

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.Konsertdə görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib.

Görkəmli bəstəkarın ən tanınmış “Azərbaycan”, “Bakı”, “Axşam mahnısı”, “Dostluq mahnısı”, “Qızıl üzük” mahnıları, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli filmlərdən süjetlər, onun canlı fortepiano ifaları əks olunduğu kadrlar nümayiş etdirilib.