Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.
Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.
Cari ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 17,6 faiz artım deməkdir.