VYANADA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ TEKSTİL DİZAYNERİ LEYLA XASIYEVANIN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILIB.

05 noyabr 2015, 18:00
Bellaria Strasse 8, 1010 Wien

Tekstil dizayneri Leyla Xasıyevanın əsərlərində Azərbaycanda qədim dövrlərdən mövcud olan qurama tikmə sənətinin müasir dekorativ ornament və elementlərlə uğurlu sintezini müşahidə etmək mümkündür.

Leyla Xasıyeva tekstil dizaynı və yaratdığı əsərlər barədə qonaqlara məlumat verib, sərginin Vyanada keçirilməsinin onun üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Uşaq yaşlarından ona bəlli olan qurama sənətini Vyanada dekorativ əl sənəti kurslarında təkmilləşdirdiyini qeyd edən L. Xasıyeva „Qızıl bayram“ adlı əsərinin bu şəhərdə keçirilmiş müsabiqədə mükafata layiq görüldüyünü xatırladıb.

Tədbirdə Vyanada yaşayan gənc musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.