“UÇAN XALÇA” SƏRGİSİ

11 aprel 2018, 19:00
Bellaria strasse 8, 1010 Wien

“Kəsişmə nöqtəsi” adlandırdığımız bu layihədə ən əhəmiyyətli cəhət tələbələrin birgə işdən, ənənələrlə tanışlıqdan əldə etdikləri təcrübədir. Onlar ornament sənətinin tarixi ilə yaxından tanış olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr aparır, kəsişmə nöqtələri axtarır və tamamilə gözlənilməz qərarlara gəlirdilər. Eksperiment inkişafın əsasıdır və məsuliyyət hissi ilə demək olar ki, biz məqsədimizə nail olduq. Bu eksperiment nəticəsi olan “Uçan xalça” sərgisi 2018-ci ilin yanvar ayınadək Azərbaycan Xalça Muzeyində böyük uğurla nümayiş edildi. Üç ay ərzində sərgi ilə ümumilikdə 20 mindən çox qonaq tanış olub”, – deyə Şirin Məlikova bildirib.

Vyana Tətbiqi Sənət Universitetinin prorektoru, Tekstil kafedrasının rəhbəri, doktor Barbara Putz-Pleçko qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsi beynəlxalq tərəfdaşlarla mədəniyyətlərarası əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində hər zaman maraqlıdır. O, mədəniyyətlərarası dialoqun incəsənətə çevrilişini əks etdirən və beş ay ərzində tələbələrin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn “Uçan xalça” sərgisinin Bakıda olduğu kimi, Vyanada da sənətsevərlər tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. Həmçinin qeyd edilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Vyana Tətbiqi Sənət Universiteti arasında incəsənət layihələri bundan sonra da davam etdiriləcəkdir