Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə klassik musiqi axşamı keçirilib.Konsertdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Kamera Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib. Üzeyir Hacıbəyli, Aqşin Əlizadə, Arif Məlikov, Edvar Qriq, Fikrət Əmirov, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Kamil Sen-Sans, Leroy Anderson və digər bəstəkarların əsərləri böyük maraqla dinlənilib və solistlər Anar İbrahimov (skripka) və Abbas Abdullazadənin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.