Azərbaycanın Əməkdar Artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu oktyabrın 28-də Vyanada “Salam, Orient” (“Salam, Şərq”) festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.
Konsert Avstriya Teleradiosu (ORF), Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam, Orient” festivalının birgə əməkdaşlığı ilə “ORF Radiokulturhaus“ konsert zalında keçirilib.Caz konsertində İsfar Sarabski ilə birgə Şəhriyar İmanov (tar), Saşa Zinger (zərb alətləri), Aleksey Miltiks (violonçel), İlqar Rzayev, Ümidə Abbasova, Osman Eyyublu (hər üçü skripka) və Makar Novikov (kontrabas) da səhnəyə çıxıblar. Müxtəlif caz kompozisiyaları, xüsusilə “Novruz“, “G-Man”, “Edge” kompozisiyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsert “Avstriya 1“ radiosu tərəfindən yazılıb və yaxın müddətdə radionun caz proqramlarında səsləndiriləcək.