Bu il 60 illik yubileyi qeyd edilən Xalq Artisti Səkinə İsmayılova həm vətənində, həm də xaricdə sevilən muğam ifaçılarından biridir. Bu tədbirin öz tələbələri ilə səhnəyə çıxan S. İsmayılovanın Vyanada həm də yaradıcılıq gecəsi olduğu bildirilib.
Konsertdə, həmçinin muğam ifaçıları Murad Kəngərli və Tamara Muradova çıxış ediblər. Onları tarda Ramin Rzayev, kamançada Əməkdar Artist Fəridə Məlikova və nağarada Ruhulla Dadaşov müşayiət ediblər.