AZƏRBAYCAN: ŞƏRQLƏ QƏRBİ BİRLƏŞDİRƏN KÖRPÜ

15 aprel 2016, 15:00
Bellaria strasse 8 , 1010 Wien

Mədəniyyət Mərkəzində “Azərbaycan: Şərqlə Qərbi birləşdirən körpü” adlı məruzə axşamı təşkil olunub.Tədbirdə Fuad Axundov Azərbaycan və xüsusilə Bakı haqda məruzə ilə çıxış edib. Azərbaycanın və onun paytaxtı Bakının multikultural və multietnik xüsusiyyətinə toxunan F.Axundov əsrlərdən bəri ölkəmizdə müxtəlif millət və dinlərin dinc birgə yaşadığını, ölkəmizdə əsl kosmopolit mühitin hakim olduğunu bildirib. O qeyd edib ki, Bakı XIX əsrin əvvəlində əhalisi beş min nəfər təşkil edən kiçik liman şəhərindən neft bumu sayəsində həmin əsrin sonunda Qafqazın ən böyük şəhərinə çevrilib. Şərq həyat tərzi və memarlığını özündə qoruyub saxlayan “İçərişəhər”lə sürətlə inkişaf edən və sənayeləşən, Avropa memarlığı üslubunda binaları ilə şöhrət tapan “Bayır Şəhər” fenomenlərini müqayisəli şəkildə təqdim edən F.Axundov müasir dövrümüzdə də Bakıda Şərq və Qərb mədəniyyətinin və ab-havasının bir-biri ilə sıx inteqrasiya olunmuş şəkildə mövcud olduğunu diqqətə çatdırıb.Məruzə Viyana Kosmopolitlər Klubunun əməkdaşlığı ilə keçirilmişdir