Mayın 12-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” devizini əldə rəhbər tutaraq mərkəz Azərbaycandakı müasir və tolerant cəmiyyəti, müxtəlif xalqlar və dinlərin dinc birgəyaşayışını Avstriyada təbliğ edir. Bu məqsədlə mərkəz mütəmadi olaraq sərgilər, məruzə və film axşamları, müxtəlif konsertlər təşkil edir.Tədbirin bədii hissəsində gənc pianoçu və bəstəkar Etibar Əsədlinin rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə Etibar Əsədlinin öz bəstələri ilə yanaşı, tanınmış bəstəkarlara məxsus əsərlər, caz improvizasiyaları təqdim edilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.