AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN YARADILMASININ İKİNCİ İLDÖNÜMÜ

13 may 2015, 18:00
Bellaria Strasse 8, 1010 Wien

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya parlamentinin üzvləri, bu ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak ediblər. “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynovu qonaqlar arasında salamlayan Leyla Qasımova tədbir iştirakçılarını ifaçımızı dəstəkləməyə çağırıb.

Daha sonra Montröy beynəlxalq caz festivalının qalibi, respublikanın əməkdar artisti, “Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabski tədbir iştirakçılarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim edib. Onun “Novruz“, “G-Man”, “Edge” və digər kompozisiyaları sürəkli alqışlarla qarşılanıb.