Azərbaycan Mədəniyyət Mərkəzi yarandığı gündən musiqi və incəsənət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət ayırır.
Vyana yaxınlığında yerləşən tarixi Baden şəhərinin rəhbərliyinin dəvəti ilə Azərbaycan musiqiçiləri İncəsənət Evində konsert proqramı ilə çıxış edəcəklər. Belə ki, Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri mayın 26-da Baden şəhərinin ən böyük parkında açıq səma altında klassik konsert proqramı təqdim edəcək. Məhz bu kimi məhsuldar əməkdaşlıq və uğurlu proqram tərtibatı Azərbaycan Mədəniyyət Mərkəzini sənətsevərlərin sevimli məkanına çevirir, geniş ictimaiyyətdə Azərbaycan mədəniyyəti və incəsənəti barədə dolğun təsəvvür yaradır.
Tədbirin bədii hissəsi “Ənvər Sadıqov, Şəhriyar İmanov və dostları” adlı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərlərindən ibarət improvizasiyalar, Ənvər Sadıqov və Şəhriyar İmanovun müəllifi olduğu kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.