AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN FƏALİYYƏTƏ BAŞLAMASININ BEŞİNCİ İLDÖNÜMÜ

14 may 2018, 19:00
Bellaria Strasse 8, 1010 Wien

Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyət və incəsənətinin, milli dəyərlərimizin Avstriyada təbliğində əvəzsiz rol oynayır. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında mədəni körpülərin möhkəmlənməsinə töhfələr verən bu qurum yaradıcı insanları bir-birinə daha da yaxınlaşdırır.

Tədbirin bədii hissəsində Əməkdar Artist, ud ifaçısı və tarzən Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə “Mahur” və “Çahargah” muğamları üzərində caz kompozisiyaları, bəstəkarlar Ramiz Mustafayev, Vaqif Mustafazadə, Tofiq Quliyev, Vasif Hüseynzadə, San Pri və digərlərinin əsərləri caz improviziyaları ilə təqdim olunub. Muğam və xalq mahnılarından tutmuş müxtəlif bəstəkarların əsərlərinin caz interpretasiyaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət Mərkəzinin salonunda, həmçinin beş il ərzində keçirilən tədbirlər zamanı çəkilmiş fotolardan ibarət fotosərgi təşkil olunub.