Azərbaycan Mədəniyyət Mərkəzində 2013-cü ilin oktyabr ayından etibarən Azərbaycan dili kursları fəaliyyətə başlayacaqdır. Qruplarda tələbələrin sayı 3 nəfərdən az olmamaq şərti ilə, 10 nəfərdən çox olmayacaq. Azərbaycan dili kursları bu dili yeni öyrənənlər, Azərbaycan dilini bilənlər və uşaqlar üçün təşkil olunacaq.
Azərbaycan dili kurslarına 01.09.2013-cü il tarixinədək www.azculture.at saytında online yazılmaq mümkündür. Azərbaycan dili kursunun ödəniş haqqı və digər əlavə məlumatları yaxın zamanda saytımız vasitəsilə əldə edə biləcəksiniz.
Azərbaycan dili kurslarını Mag. Yaqut Abdalla tədris edəcəkdir. Xanım Y. Abdalla 2005-ci ildə Azərbaycan dilini tədris etmiş, həmçinin 2011-ci ilin yay semestrində Vyana Universitetinin Şərqşünaslıq İnstitutunda “1. Türk dili. Azərbaycan dilinə giriş” adlı seminarı tədris etmişdir.
Azərbaycan dili kurslarının proqramı: Azərbaycan dili kurslarında müasir Azərbaycan dilinin əsasları tədris olunacaq. Dərs çərçivəsində Azərbaycan ədəbiyyatı, musuqisi və incəsənəti haqqında da məlumat veriləcək, eləcə də Azərbaycanla bağlı müəyyən mövzularda məruzələr təşkil ediləcək və Azərbaycan dilində filmlər nümayiş etdiriləcək. Dərslər Alman dilində aparılacaq, çalışma və mətnlər isə Azərbaycan dilində müzakirə ediləcək. Azərbaycan dili kursları istənilən vaxt təşkil edilə bilər.
Bizim Mərkəzdə səhər, axşam və həftəsonu kursları fəaliyyət göstərəcək. Azərbaycan dili kurslarının açılması 01.10.2013-cü il tarixində nəzərdə tutulur.