AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR

10 mart 2016, 19:00
Bellaria strasse 8 , 1010 Wien

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti, xanəndə Teyyub Aslanov, xanəndələr Günay Mehdiyeva və Murad Kəngərli Azərbaycan xalq mahnılarını, muğam və təsniflərini, universitetin tələbələri Cəmilə Məmmədova, Nərgiz Məmmədova, Akif Kərimli və Seymur Nəbizadə isə “Naxçıvani”, “Dərbəndi”, “Qaytağı”, “Yallı” rəqslərini məharətlə ifa ediblər.Tədbirdə Novruz bayramına xas elementlərdən də söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanda sülh, əmin-amanlıq və sevgi rəmzi olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohumlar, dostlar bir-birinə baş çəkir, əsl bayram əhval-ruhiyyəsi hökm sürür.