Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Ana dili həftəsonu kursunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbir uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbirdə uşaqların müdafiəsi və hüquqlarının qorunması, onların sağlam və rifah içində böyüməsinin əhəmiyyətindən söz açılıb, gələcək nəslin yetişməsində Ana dilinin əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, Azərbaycan dilinin təbliği və tədrisi mərkəzin prioritet istiqamətlərindən biridir və kurslara qoşulanların sayı da getdikcə artmaqdadır.
Kursun rəhbəri Yeganə Balamədova bayram proqramı barədə məlumat verib, Vyanada yaşayan soydaşlarımızı öz övladlarını daha fəal şəkildə Mədəniyyət Mərkəzinin nəzdindəki həftəsonu kurslarına və rəsm dərnəklərinə üzv yazdırmağa dəvət edib. Bədii hissədə uşaqlar Azərbaycan şairlərinin müxtəlif şeirlərini səsləndirib, mahnılar oxuyublar. Laçın Torkanbourinin öz bəstələdiyi və sazla ifa etdiyi mahnı isə xüsusi alqışlarla qarşılanıb.
Bədii proqramdan sonra uşaqlara bayram hədiyyələri və yay tətili üçün oxu materialları təqdim edilib. Qeyd edilməlidir ki, Azərbaycan Mədəniyyət Mərkəzində dil kursları iki istiqamətdə fəaliyyət göstərir. Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu kurslarında Azərbaycan dili və ədəbiyyatı, tarixi və mədəni irsi barədə biliklər öyrədilir.