“ƏLİ VƏ NİNO” ROMANININ İLK NƏŞRİNİN 80 İLLİK YUBİLEYİ

23 aprel 2017, 19:00
Bellaria Strasse 8, 1010 Wien

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirin moderatoru, tanınmış tədqiqatçı və şərqşünas Fuad Axundov qeyd edib ki, Azərbaycan və Avstriya arasında bir sıra oxşarlıqlar və ortaq cəhətlər mövcuddur. Onlardan biri də “Əli və Nino” romanıdır. İlk dəfə Vyanada işıq üzü görən əsər təkcə sevgi hekayəsi olmaqla kifayətlənmir, burada iki sivilizasiya, iki qitə, iki fərqli din və iki fərqli xarakterin mükəmməl təsviri öz əksini tapır. Məhəmməd Əsəd Bəyin əsərlərində Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə etmiş Yaqut Abdalla öz məruzəsində “Əli və Nino” əsərinə aparan yol barədə çıxış edib. Almaniyada fəaliyyət göstərən “Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen Maurer isə öz məruzəsində “Əli və Nino” romanının nəşr və tərcümə tarixindən bəhs edib. Sonra tədbir iştirakçılarına “Bakı: Əli və Ninonun şəhəri” adlı sənədli film təqdim olunub. Britaniyalı prodüser Teresa Çefrasın ekranlaşdırdığı sənədli film Avstriyada ilk dəfə nümayiş olunub.