“ƏLİ VƏ NİNO” DÖVRÜNDƏ BAKIDA MƏDƏNİ VƏ ETNİK KOLLİZİYALAR“

24 aprel 2017, 17:00
Bellaria strasse 8 , 1010 Wien

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi ilə əlaqədar “Əli və Nino” dövründə Bakıda mədəni və etnik kolliziyalar“ adlı məruzə axşamı keçirilib.Tanınmış tədqiqatçı və şərqşünas Fuad Axundov “Əli və Nino” zamanında Bakıda mədəni və etnik kolliziyalar“ adlı məruzə ilə çıxış edib.Sonra tədbir iştirakçılarına “Bakı: Əli və Ninonun şəhəri” adlı sənədli filmi təqdim olunub. Britaniyalı prodüser Teresa Çefrasın ekranlaşdırdığı sənədli film Avstriyada ilk dəfə nümayiş olunub. Sənədli filmdə “Əli və Nino” romanındakı tarixi dövr, real hadisələr, Azərbaycan və regionda cərəyan edən proseslər, tarixi şəxsiyyətlərə geniş yer ayrılıb.