VYANADA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILIB

11 may 2017, 19:00
Bellaria strasse 8, 1010 Wien

Mayın 11-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 4 illiyinə həsr edilmiş tədbir keçirilib.Tədbirin bədii hissəsində caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə “Gəl bizim dağlara”, “Qız qalası”, “Gül açdı” kimi xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olunub. Gənc istedadlar Şəhriyar İmanov (tar) və Emiliya Yaqubovanın (vokal) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.