VYANADA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT KEÇİRİLİB

15 mart 2017, 19:00
Bellariastrasse 8 , 1010 Wien

Martın 14-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində elimizin ən əziz bayramı olan Novruz bayramı münasibətilə konsert keçirilib.Novruz bayramı minilliklərdən bəri Balkanlardan tutmuş Orta Asiyayadək bir çox ölkələrdə 300 milyondan artıq insanın ortaq mənəvi dəyəri kimi qiymətləndirilir, Azərbaycanda isə xalq arasında böyük sevgi ilə ilin ən əziz bayramı kimi geniş şəkildə qeyd edilir.Builki bayram tədbirinin “İlaxır çərşənbə” gününə təsadüf etdiyini diqqətə çatdıran L.Qasımova Novruzun əsas tərkib hissəsi olan çərşənbə axşamları, onların təmsil etdiyi dörd ünsür, bu bayramın mifoloji və etnoloji mahiyyəti barədə danışıb.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri Novruz proqramı ilə çıxış ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Sonda qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.