SİMARƏ İMANOVA VYANADA ÇIXIŞ EDİB

02 dekabr 2015, 19:00
Taborstrasse 10 , 1020 Wien

Azərbaycanın görkəmli muğam ifaçısı, Xalq Artisti, Qran-Pri mükafatçısı Simarə İmanova Vyanada təşkil olunan “Salam.Orient” festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.

Vyananın mərkəzində yerləşən “Odeon” teatrında keçirilən konsertdən öncə festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix çıxış edib. O, rəhbərlik etdiyi festivalın proqramında Azərbaycan musiqisinin özünəməxsus yer tutduğunu bildirib. Qeyd edilib ki, uzun illərdən bəri festival çərçivəsində Azərbaycanın tanınmış musiqiçiləri avstriyalı musiqisevərlərin görüşünə gəlir və onlara Azərbaycanın zəngin musiqi sənəti, muğamı, xalq mahnıları ilə tanış olmaq, onlardan zövq almaq imkanı bəxş edirlər.

N. Ehrlix konsertin ərsəyə gəlməsində göstərdiyi təşkilati dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.