RƏŞİD BEHBUDOVUN 100 İLLİK YUBİLEYİ

23 noyabr 2015, 19:00
Bellaria Strasse 8 , 1010 Wien

Vyanada Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert keçirilib.Konsertdə dünya şöhrətli “La Skala” akademiyasının solisti, tenor Azər Rzazadə Rəşid Behbudovun repertuarına daxil olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Onu fortepianoda Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müşayiət edib. Konsertdə F.Bədəlbəyli və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev fortepianoda bir sıra əsərləri ifa ediblər.

Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından bir neçəsinin videogörüntüsü də nümayiş etdirilib.