“İPƏK YOLU BOYUNCA MUSİQİ SƏYAHƏTİ”

17 noyabr 2013, 19:00
Bellaria Strasse 8, 1010 WIEN

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu boyunca musiqi səyahəti” adlı konsert keçirilib.

Opera müğənnisi Yekaterina Poteqo göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib və “İpək Yolu boyunca musiqi səyahəti” konsertində ifa ediləcək əsərlər barədə məlumat verib.

Sonra layihənin rejissoru Edit Baxköniq qədim “İpək yolu”nun keçdiyi ölkələr, tarixi inkişafı və “İpək Yolu boyunca musiqi səyahəti” layihəsinin yaranma ideyası, eləcə də gələcəkdə layihə çərçivəsində nəzərdə tutulan “3D” səhnə proyeksiyaları və animasiyaları barədə danışıb.

Konsertdə qədim “İpək Yolu” ticarət yolunun üzərində yerləşən ölkələrin ənənəvi musiqiləri müasir səhnə texnikasının köməyi ilə təqdim olunub. Çin, Monqolustan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Rusiya və bir sıra digər ölkələrin xalq və bəstəkar mahnıları məharətlə ifa olunub. Azərbaycan xalq və bəstəkar mahnıları, xüsusilə də pianoçu Səbinə Həsənovanın solo ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.