DÖVLƏT MÜSTƏQİLLİYİNİN 25-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ MUĞAM AXŞAMI

22 noyabr 2016, 19:00
Bellariastrasse 8, 1010 Wien

Bu il 60 illik yubileyi qeyd edilən Xalq Artisti Səkinə İsmayılova həm vətənində, həm də xaricdə sevilən muğam ifaçılarından biridir. Bu tədbirin öz tələbələri ilə səhnəyə çıxan S. İsmayılovanın Vyanada həm də yaradıcılıq gecəsi olduğu bildirilib.

Konsertdə, həmçinin muğam ifaçıları Murad Kəngərli və Tamara Muradova çıxış ediblər. Onları tarda Ramin Rzayev, kamançada Əməkdar Artist Fəridə Məlikova və nağarada Ruhulla Dadaşov müşayiət ediblər.