AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ ƏMƏKDAR RƏSSAM ƏSMƏR NƏRİMANBƏYOVANIN ƏSƏRLƏRİNDƏN İBARƏT “RƏNGLƏRİN POEZİYASI” ADLI SƏRGİ AÇILIB.

16 fevral 2016, 19:00
Bellaria strasse 8 , 1010 Wien

Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq Rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Azərbaycanın Əməkdar Rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə. Nərimanbəyovanın hələ uşaq yaşlarından rənglər dünyası ilə tanış olduğu, bu yaradıcı mühitin onun əsərlərinə təsirsiz ötüşmədiyi qeyd edilib. Azərbaycanlı rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib və bir sıra məşhur qalereyalarda saxlanılır.