AVSTRİYA İLƏ AZƏRBAYCAN ARASINDA DİPLOMATİK ƏLAQƏLƏRİN QURULMASININ 25 İLLİYİ

04 oktyabr 2017, 17:00
Bellaria strasse 8, 1010 Wien

Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında müxtəlif sahələrdə yüksək səviyyədə əlaqələr qurulduğunu diqqətə çatdıran L.Qasımova bu əlaqələrin möhkəmlənməsində ümummili lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin, eləcə də Avstriya prezidentləri Tomas Klestil və Haynts Fişerin xüsusi rol oynadıqlarını qeyd edib.

Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureati Eyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə gənc Azərbaycan musiqiçiləri, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəliyeva (mezzo-soprano) və Abuzər Manafzadə (fortepiano) tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Edvard Qriq, Volfqanq Amadeus Motsart və digər bəstəkarların əsərləri səsləndirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin salonunda, həmçinin gənc rəssam Nərgiz Quliyevanın əsərlərindən ibarət sərgi nümayiş olunub